Universitet tələbələri tərəfindən qurulan insansız suüstü platforma komandası yeni mükafatlar axtarır

2023/12/1701934916.jpg
Oxunub: 4047     15:40     09 Dekabr 2023    
Qara Dəniz Texniki Universiteti (QDTU) “Creatiny” İnsansız Suüstü Platforması Komandası ilə ötən il Türkiyədə birincilik, bu il isə dünyada ikincilik qazanan mühəndislik fakültəsinin tələbələri gələn il Norveçdə keçiriləcək avtonom gəmi yarışması olan “Njord Challenge” yarışmasına qatılacaq.

Ordu.azxəbər verir ki, QDTU-nun “Sürmene” Dəniz Elmləri Fakültəsinin müəllim üzvü Rafet Çağrı Öztürkün nəzarəti altında “Creatiny” İnsansız Suüstü Platforması Komandası Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) təşkil etdiyi “2022 ROBOİK Avtonom İnsansız Suüstü Platformalar Prototip Yarışması”nda iştirak edib.

Müxtəlif mühəndislik fakültələrinin tələbələrindən ibarət komanda 3-5 iyun 2022-ci il tarixlərində keçirilən yarışmada “Lina” adlı üzən gövdəli gəmi prototipi ilə Türkiyədə birinci yeri qazanıb.

Komanda daha sonra müdafiə sənayesi üçün uyğun avtonom səth vasitəsi istehsal etmək üçün “İnsansız Elektrikli Gəmi Layihəsi”ni hazırlayıb.

Layihə çərçivəsində komanda dizayndan istehsala qədər təxminən 7 ay çalışıb və mini insansız dəniz platformasının ilk prototipini istehsal edib.

22-28 mart tarixlərində ABŞ-də keçirilən “13-cü “RoboBoat 2023” Elektrikli Avtonom Suüstü Platforma Yarışması”na istehsal etdikləri dəniz platforması ilə qatılan gənclər dünya ikinciliyi də qazanıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: QDTU   Creatiny  


Bizi "telegram"da izləyin