Orduya “qiymət”in erməni nümunəsi| İrəvan əsgər ölümlərindən necə istifadə edir?

2023/12/1701934350.jpg
Oxunub: 6595     17:31     07 Dekabr 2023    
Dekabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Dərələyəz vilayəti istiqamətində erməni hərbi qulluqçu ölü tapılıb. Ermənistan Xarici İşlər Nazirliyi dərhal, ekspertizanın nəticələrini gözləmədən Azərbaycanı günahlandırmağa tələsdi. Ermənistan XİN-in bəyanatında qeyd olunurdu: “İrəvan Azərbaycan tərəfinin yeni eskalasiyaya təhrik etmək, sülh prosesini ləngitmək və onu çıxılmaz vəziyyətə salmaq məqsədi daşıyan bu hərəkətlərini qətiyyətlə pisləyir”.

Təsadüfi deyil ki, erməni hərbi qulluqçunun ölü olaraq tapılmasından bir neçə saat əvvəl Ermənistan xarici işlər nazirinin müavini jurnalistlərə açıqlamasında bəyan edib ki, Bakı sülh müqaviləsi ilə bağlı bu yaxınlarda Azərbaycana göndərilən İrəvanın təkliflərinə hələ də cavab verməyib. Halbuki, İrəvanın özü son cavabı aylarla gecikdirib və yalnız müxtəlif xatırlatmalardan sonra onu göndərib. Bundan əlavə, noyabrın 30-da sərhəddə Azərbaycanın təklifinə əsasən Tavus-Qazax sektorunda demarkasiya və delimitasiya komissiyalarının sədrləri, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın görüşü olub.

Dörd gündən sonra, əslində, sərhədin cənub hissəsində erməni hərbi qulluqçunun ölü olaraq tapılması İrəvan üçün göydəndüşmə olub. Erməni hərbi qulluqçu atışma nəticəsində deyil, daxili insident nəticəsində ölüb ki, bu da Ermənistanın on ildən artıqdır davam edən siyasətinin növbəti təzahürüdür. Üstəlik, hər hansı dinc və sakit dövrün olması o demək deyil ki, Ermənistan bu siyasətdən əl çəkib və sülh danışıqları prosesini çıxılmaz vəziyyətə salmaq niyyətində deyil.

Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ dövlət katibi Blinkenin Nikol Paşinyan və İlham Əliyevlə noyabrın 28-də baş tutan telefon danışıqlarından bir neçə gün sonra sözügedən hadisənin “təxribat” kimi təqdim edilməsi də, İrəvanın daha öncəki hesablamalarından xəbər verir.

Üstəlik, hətta həmin telefon danışıqlarından sonra Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar Türkiyədə Ermənistanla Azərbaycan arasında münasibətlər mövzusunda uğurlu müzakirələr apardığını bəyan edib. Bəs bundan əvvəl uğurlu müzakirə olubsa, bütün bunların ardınca İrəvanın manipulyasiyaları nəyə hesablanıb? Problem təbii ki, atmosfer və ətraf mühitdir. Beləliklə, İrəvan öz ritorikasını davam etdirərək beynəlxalq vasitəçilərin növbəti mənasız “gözləntiləri”nə bel bağlayır, beynəlxalq ictimai rəyi aldatmağa çalışır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin