İslandiyanın Ermənistandakı fəxri konsulu İrəvanda avtomobil qəzası keçirib

2023/12/dfgfg-1701887206.jpg
Oxunub: 5972     22:24     06 Dekabr 2023    
Dekabrın 6-da İrəvanda böyük avtomobil qəzası baş verib.

Ordu.az xəbər verir ki, saat 01:00 radələrində Heratsi küçəsində İrəvan sakini, 28 yaşlı Levon Hayrapetyanın idarə etdiyi diplomatik nömrəli "Maserati" və Ararat vilayəti sakini, 40 yaşlı Artur Davtyanın idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.

Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin İrəvan yanğınsöndürən-xilasediciləri tərəfindən 2-si avtomobillərdən çıxarılan 3 nəfər Heratsi Universitetinin 1 saylı xəstəxanasına yerləşdirilib.

"Maserati"nin sürücüsü İslandiyanın Ermənistandakı fəxri konsuludur, o, qəzadan sonra hadisə yerini tərk etməyə çalışsa da, patrul əməkdaşları onu dərhal tapıblar, ayıqlığını yoxlamaq istəyəndə isə özünü pis hiss etdiyini deyərək, ayıqlıq testindən imtina edib, sonra xəstəxanaya müraciət edib.

Təxminən 1 saat orada onun ayıqlığını yoxlamaq istəsələr də, yenə bundan imtina edib, daha sonra müstəntiq həkimlərə qan nümunəsi götürməyi tapşırmalı olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslandiya   Ermənistan  


Bizi "telegram"da izləyin