BƏƏ NASA ilə əmirlikdən olan astronavtın Aya uçuşunu müzakirə edir

2023/12/11231-1701880130.jpg
Oxunub: 209     20:03     06 Dekabr 2023    
BƏƏ-nin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzi ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə “Artemis” proqramı çərçivəsində əmirlikdən olan astronavtın Aya uçması ilə bağlı müzakirələr aparır.

Ordu.az xəbər verir ki, bu barədə “The National” nəşri NASA rəhbəri Bill Nelsona istinadən məlumat yayıb.

“Danışıqlar gedirmi? Cavab “hə”dir. Biz hələlik açıqlama verməyə hazır deyilik. Mən bunu BƏƏ Kosmik Mərkəzinin ixtiyarına buraxıram”, - B.Nelson nəşrin sualını cavablandırarkən deyib.

“The National” yazır ki, “Artemis” missiyası çərçivəsində bu günə qədər yalnız ABŞ və Kanada astronavtlarının Aya uçmasına icazə verilib.

Xatırladaq ki, NASA 2019-cu ilin yazında üç mərhələdən ibarət “Artemis” Ay proqramı layihəsini elan edib. Onlardan birincisi (Artemis I) “Space Launch System” (SLS) raketinə quraşdırılmış “Orion” kosmik gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını əhatə edir. İkinci mərhələ (Artemis II) kosmik gəminin göyərtəsindəki ekipajla birlikdə Yerin təbii peykinə uçuşudur. Missiyanın üçüncü mərhələsində (Artemis III) NASA astronavtları Ay səthinə endirməyi və sonra onları təxminən 2030-cu illərin ortalarında Marsa göndərməyi düşünür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   NASA  


Bizi "telegram"da izləyin