"Prezident İlham Əliyev Azərbaycanın gələcəyinə dair strateji baxışlarını bizimlə bölüşdü" - Metyu Brayza

2023/05/6454c-1683277652.jpg
Oxunub: 6180     17:09     06 Dekabr 2023    
Prezident İlham Əliyev Azərbaycanın gələcəyinə dair strateji baxışlarını bizimlə bölüşdü.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ADA Universiteti tərəfindən Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi ilə birgə təşkil olunan "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumun kuluarlarında deyib.

Keçmiş səfir üç saatlıq konfrans ərzində Prezident İlham Əliyevin bütün suallara aydın və səmimi tərzdə cavab verdiyini, həmçinin Mərkəzi Asiya, Avropa ölkələri və ABŞ ilə əməkdaşlıqda Azərbaycanın gələcəyinə dair strateji baxışlarını izah etdiyini vurğulayıb.

"Bundan başqa, Prezident İlham Əliyev Azərbaycanın keçmişi haqqında, ölkənin uzun illər ərzində öz siyasi və iqtisadi müstəqilliyini necə əldə etdiyini, eləcə də öz suverenliyini bərpa etmək imkanına hazırlığı barədə danışdı", - deyə o qeyd edib.

Brayza həmçinin, Prezident İlham Əliyevin nitqində əsas məqamın Azərbaycanın sülh sazişi üzərində işləri tamamlamaq səylərindən ibarət olduğunu deyib.

"Prezident İlham Əliyev Paşinyanın həmçinin, üzləşdiyi siyasi müxalifətin öhdəsindən gələ biləcəyinə, hakimiyyətə qayıtmaq istəyən və ola bilsin ki, onu yeni münaqişəyə təhrik etmək istəyən köhnə rejimlə mübarizə apara biləcəyinə ümid edir. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələrinin və separatçı siyasi rejimin Qarabağdan çıxarılması Paşinyanın sülh yolunda qarşısında duran ən son maneəni aradan qaldırıb", - deyə keçmiş səfir əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Metyu-Brayza  


Bizi "telegram"da izləyin