Avropa İttifaqının rəhbərliyi Çinə səfər edib

2023/12/65706-1701868580.jpg
Oxunub: 184     16:41     06 Dekabr 2023    
Avropa İttifaqının rəsmiləri Çinə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Çinin Aİ-dəki səfiri Fu Cong "X" hesabında bildirib.

Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell artıq Çinə çatıb.

Qeyd edək ki, Çinin paytaxtı Pekində 24-cü Aİ-Çin sammiti keçiriləcək. Bu, 2019-cu ildən bəri ilk Aİ-Çin sammiti olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Çin  


Bizi "telegram"da izləyin