Cevdet Yılmaz: “Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması üzrə işlərimiz davam edir”

2023/07/cevde-1689417060.jpg
Oxunub: 4320     15:59     06 Dekabr 2023    
“Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması çərçivəsində Orta Dəhliz üzrə işlərimiz davam edir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Aşqabadda keçirilən “Türkiyə-Türkmənistan İş Forumu”nda çıxışı zamanı deyib.

“Bu məsələ ilə bağlı tərəfdaşlarımızla müzakirələr aparırıq. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması çərçivəsində işlər gedir. Həmçinin, Türk Dövlətləri Təşkilatı daxilində də əməkdaşlığımızı gücləndiririk”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Türkmənistan  


Bizi "telegram"da izləyin