Putin: "Rusiya ilə BƏƏ arasında münasibətlər yüksək səviyyəyə çatıb"

2023/09/1696050351.jpg
Oxunub: 206     15:49     06 Dekabr 2023    
Rusiya Federasiyası ilə BƏƏ arasında münasibətlər görünməmiş yüksək səviyyəyə çatıb.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti ilə görüşdə bildirib.

Putin BƏƏ Prezidentinə bu ölkədə pravoslav kilsəsinin tikintisi üçün yer ayırdığına görə təşəkkür edib.

Onun sözlərinə görə, BƏƏ dünyada vəziyyətin sabitləşməsinə böyük töhfə verir.

Putin qeyd edib ki, BƏƏ Prezidenti ilə qaynar nöqtələrdəki, o cümlədən Fələstin və Ukraynadakı vəziyyəti müzakirə edəcəyini söyləyib.

Rusiya lideri BƏƏ prezidentini 2024-cü ilin payızında Kazanda keçiriləcək BRİCS sammitində gözləyəcəyini də əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya   BƏƏ  


Bizi "telegram"da izləyin