Ağdamda minaya düşən ANAMA əməkdaşının son durumu açıqlanıb

2020/05/vzriv-1589022045.jpg
Oxunub: 7659     15:32     06 Dekabr 2023    
Ötən gün Ağdamda minaya düşərək xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vaqif Əkbərovun son durumu açıqlanıb.

Ordu.az xəbər verir ki, onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, hadisə ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb. Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb,nəticədə onun sağ ayağının pəncə hissəsi amputasiya edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   ANAMA   Mina  


Bizi "telegram"da izləyin