BQXK Naftalanda media üçün məlumat sessiyası keçirib - FOTOLAR

2023/12/vbnbv-1701872979.jpg
Oxunub: 466     14:19     06 Dekabr 2023    
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi media nümayəndələri üçün məlumat sessiyası təşkil edib.

Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, Naftalan şəhərində baş tutan tədbirdə jurnalistlərə Komitənin Bakı və Bərdə ofislərinin 2023-ci il üçün əsas fəaliyyəti haqda məlumat verilib. I Qarabağ savaşından bu günə qədər itkin sayılan insanların taleyinin aydınlaşdırılması istiqamətində dövlət qurumları ilə birgə aparılan işlərdən danışılıb.

Bundan başqa, azad olunan ərazilərdə mina təhlükəsi, keçmiş təmas xəttinə yaxın ərazilərdə və azad olunan ərazilərə köçürülən əhalinin bu istiqamətdə maarifləndirilməsində BQXK-nın apardığı işlərdən bəhs olunub.

Brifinqdə jurnalistlərə müasir dövrə informasiya axınında hansı məlumatın doğru, hansnın yalan olmasının dəqiqləşdirilməsinin yeni metodları izah olunub.

Jurnalistlərin suallarını cavablandırarkən qurum nüayəndəsi Ermənistanda əsir saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama verib. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib ki, hazırda qurumun Ermənistanda baş çəkdiyi iki nəfər Azərbaycan vətəndaş var: "Beynəlxalq Qızıl Xaç Komitəsi müntəzəm olaraq onlara baş çəkir. İstər Azərbaycanda saxlanan ermənilərə, istərsə Ermənistanda saxlanılan azərbaycanlılara müntəzəm olaraq baş çəkilir. Bu baş çəkmələrin məqsədi həmin şəxslərin saxlanma şəraiti, onlarla rəftarı qiymətləndirmək, bu şəxslərin ailələrinə əlaqələrini yaratmaq, ailələrinə əlaqəni davam etdirməyə şərait yaratmaqdır. Bu başçəkmələr sonuncu dəfə noyabr ayının sonunda olub”.

O, saxlanılan şəxslərin ailələrinə zəng edə bildiklərini, videomesajla danışıdıqları qeyd edib: “Əvvəlcədən yazılmış videomesajlar olur ki, bunlar ailəyə çatdırılır və ailədən də saxlanılan şəxsə çatdırılır”.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: BQXK   Naftalan  


Bizi "telegram"da izləyin