İsrail ABŞ-nin “Oshkosh” şirkətinə JLTV taktiki vasitəsi sifariş edib

2023/12/1701853134.jpg
Oxunub: 262     20:19     06 Dekabr 2023    
İsrailin “Oshkosh Defense” şirkətindən yeni Birgə Yüngül Taktik Vasitə sifarişi şirkətin istehsal xəttini 2025-ci ilə qədər, ilkin planlaşdırıldığından daha uzun müddət açıq saxlayacaq.

Ordu.az xəbər verir ki, Viskonsin ştatında yerləşən “Oshkosh” bu ilin əvvəlində ordunun “Humvee”ni əvəz edəcək vasitənin istehsalını öhdəsinə götürmək üçün “AM General”i seçdikdən sonra JLTV istehsal xəttini 2024-cü ilin sonuna qədər bağlamağa hazırlaşdığını açıqlayıb.

“Oshkosh” 2015-ci ildə “Humvee” parkını əvəz etmək üçün orijinal JLTV müqaviləsini qazanaraq, “Humvee” istehsalçısı “AM General” və rəqibi “Lockheed Martin”i məğlub edib.

“Oshkosh”a görə, ötən ayın sonlarında İsrail Müdafiə Nazirliyi 2 JLTV sifarişi verib. Bunlardan birini xarici hərbi satış yoluyla 75 JLTVS, digərini isə birbaşa kommersiya satışı yoluyla onlarla ədəd daha çox vasitə təşkil edib.

Şirkət İsrailin kommersiya satış yolu ilə aldığı vasitələrin konkret sayını açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   Oshkosh  


Bizi "telegram"da izləyin