Erməni analitik: “Sülh kəsişməsi” Azərbaycanın layihəsidir, Azərbaycanın məqsədi yeni reallığın təsdiq edilməsidir”

2023/12/1701852770.jpg
Oxunub: 350     19:45     06 Dekabr 2023    
“Hər şey 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla və Ermənistan hakimiyyətinin Azərbaycanın gündəmi olan bir gündəm haqqında danışmağa başlaması ilə başladı”.

Ordu.az xəbər verir ki, bunu erməni analitik, Rusiya və MDB üzrə ekspert Lilit Gevorqyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin məntiqi ondan ibarət idi ki, yeni situasiya yaranıb və bu şəraitdə sülh gündəminə diqqət yetirmək lazımdır.

“Bu, Azərbaycanın gündəmidir. Düşünürəm ki, Ermənistan hakimiyyətinin səyləri ilə Qarabağ məsələsində “çubuq aşağı salınıb”. “Sülh kəsişməsi” Azərbaycanın layihəsidir, Azərbaycanın məqsədi yeni reallığın təsdiq edilməsi və Ermənistanın “öz hüquqları”ndan imtina etməsidir”, - deyə Gevorqyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin