Erməni siyasi xadim: “Paşinyan bölgənin faktoru sayılan ordunun onurğasını qırdı, təhlükəsizliyi çiyələklə əvəz etdi”

2023/12/1701852712.jpg
Oxunub: 295     21:12     06 Dekabr 2023    
“Ermənistanın bölgələrinə səfərləri zamanı soydaşlarımızın qaldırdıqları problemləri nəzərə alsaq, Nikol Paşinyanın Ermənistanda heç bir dəstəyinin olmadığını deyə bilərik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının Gənclər Təşkilatının sədri Henrix Danielyan deyib.

Onun sözlərinə görə, İrəvan Ağsaqqallar Şurasına son seçkilər də hakimiyyətin İrəvanda uduzduğunu sübut edib.

“Regional səfərlərimiz göstərir ki, Paşinyanın heç bir bölgədə çoxluğu yoxdur. Səfərlər zamanı qaldırılan əsas məsələ təhlükəsizlik məsələsidir. Bu gün soydaşlarımız təhlükəsiz yaşamırlar, qorxu mühitində yaşayırlar, gələcəklərinin necə olacağını təsəvvür edə bilmirlər”, - deyə Danielyan bildirib.

Danielyan vurğulayıb ki, sakinlər bir an öncə Nikol Paşinyan və onun sui-qəsdçi qrupundan yaxa qurtarmaq tələbi ilə çıxış edirlər.

“Nikol Paşinyan bölgənin faktoru sayılan ordunun onurğasını qırdı, təhlükəsizliyi çiyələklə əvəz etdi”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin