Nikol Paşinyan “Rossiya 24”ə nə deyib?

2023/12/1701852652.jpg
Oxunub: 4015     17:51     06 Dekabr 2023    
“Bu dəfə sizə daha bir informasiya bölməsini təqdim edəcəm, bu dəfə informasiya vasitəsi “Rossiya 24”dür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Anna Mkrtçyan deyib.

“Təqdimatın bir hissəsini sizə təqdim edirəm, orada Nikol Paşinyan deyir: “Sizi inandırıram, mən deməmişəm ki, “İsgəndər” 10 faiz atəş açıb. Sizi inandırıram, sizə səhv tərcümə ediblər, sülhməramlılar öz missiyasını mükəmməl yerinə yetirirlər. Mən heç vaxt deyə bilməzdim ki, KTMT öz missiyasını yerinə yetirmir. Heç vaxt deyə bilməzdim ki, mən pul verdim, amma Rusiya silahları vermədi. Mən deməmişəm ki, Rusiya maneədir. Ümumiyyətlə hərbi bazadan danışmamışam, sizi əmin edirəm ki, hər şey olduğu kimi qalacaq. Mən rus kanallarını necə bloklaya bilərəm, yadınıza gəlmirmi gəlib demişdim ki, biz “parad”a baxmağı xoşlayırıq, rus kanallarında baxırıq? Larsı siz bağlamısınız deməmişəm. Demişəm ki, qar yağıb, bağlanıb. Bir sözlə, nə hə, nə də yox deməyəcəyəm, amma yox deməyim hə demək olmayacaq. Mən bütün seçkilərimdə sizin bütün dəstəyinizi necə unuda bilərəm? Sizin ermənilərin böyük hissəsinin mənə inanmadığına baxmayaraq, mənim xain olmadığım ilə bağlı sizin ifadənizi necə unuda bilərəm? Ermənistanda aparılan sorğular göstərir ki, hər dördüncü şəxs satqındır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin