Sabiq erməni nazir müavini: “Dünya silahlanır, bunlar isə rəqibin burnunun dibində hələ də çox tez dağılan asfaltlarını tərifləyirlər”

2023/04/harca-1680936632.jpg
Oxunub: 290     16:20     06 Dekabr 2023    
“Ukraynadakı münaqişə bütün planetdə satış üçün silah axınını xeyli artırıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Avropada, xüsusən də Rusiyanın hərbi əməliyyatlarının davam etməsi qorxusunun hiss olunduğu şərq cinahında hərbi xərclərdə təsirli artım müşahidə olunub.

“Vəziyyətin qiymətləndirilməsinin ən mühüm göstəricisi bütün dünyada hərbi xərclərin təsirli şəkildə artmasıdır. Avropa ölkələri digərlərinə nisbətən daha sürətlə yenidən silahlanır. Dünyada yaranmış bu vəziyyətdə Ermənistanın hərbi ehtiyaclarının ödənilməsi, ordunun döyüş qabiliyyətinin artırılması böyük problemə çevrilir. Ermənistanın idarəçilərinin silah alınması problemini nə dərəcədə həll edə bildiklərini, təəssüf ki, görürük. Dünya silahlanır, bunlar isə rəqibin burnunun dibində hələ də çox tez dağılan asfalt və səkilərini tərifləyirlər”, - deyə Zakaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya  


Bizi "telegram"da izləyin