Erməni jurnalist: “Bu, cəmiyyət deyil, bir-birini yeyib yaşadıqları cəhənnəmdir”

2023/12/1701852356.jpg
Oxunub: 221     15:55     06 Dekabr 2023    
“Məktəbdə üç nəfər bir uşağı döyüb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Politik.am” nəşrinin redaktoru, milliyətcə yezidi olan Boris Murazi özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, müəllimlər hadisədən xəbər tutsalar da, döyənlər arasında məktəbin direktor müavininin oğlu da olduğu üçün hadisəni cinayət yolu ilə gizlədiblər.

“Ört-basdır edildiyindən uşaq müalicə almayıb, evdə valideynlər isə uşağı dinləyiblər və hadisə barədə danışmamaq qərarına gəliblər. İki gün sonra uşaq aldığı xəsarətlərin fəsadlarından dünyasını dəyişib. Bu, cəmiyyət deyil, bir-birini yeyib yaşadıqları cəhənnəmdir”, - deyə Murazi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin