Erməni deputat: “Demokratiya qalası” olan Ermənistanda 50-yə yaxın siyasi məhbus var”

2022/03/captu-1646823391.jpg
Oxunub: 206     15:35     06 Dekabr 2023    
“Mamikon Aslanyanın növbəti məhkəmə iclası üçün çox simvolik gün seçildi, çünki bu gün Lori vilayətində, Alaverdidə yerli özünüidarəetmə institutu növbəti dəfə “zorlandı”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyan jurnalistlərə açıqlamasında deyib.

Mamicanyan qeyd edib ki, indiki Ermənistanda Mamikon Aslanyanın bir bağışlanmaz cinayəti var, o, Böyük Qarakilsə şəhərində Paşinyanın partiyasını məğlub edib və hakimiyyət buna görə onu bağışlaya bilməz.

“Bu gün mən siyasi məhbus Narek Malyana baş çəkdim, o, bugünkü Ermənistanı yaxşı xarakterizə edən bəyanat verdi: biz millət-ordudan millət-məhbusa çevrilmişik və siyasi məhbuslarımız var. Ümid edirəm ki, Aslanyan barəsində həbs-qətimkan tədbirində dəyişiklik olacaq, çünki Aslanyan iki yeni ili ailəsindən ayrı keçirir. Qeyd edək ki, “demokratiya qalası” olan Ermənistanda 50-yə yaxın siyasi məhbus var”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin