İrəvan Ankara ilə danışıqlarda yeni “tərəflər” formalaşdırır? – BAXIŞ BUCAĞI

2023/12/sads-1701849168.jpg
Oxunub: 390     16:07     06 Dekabr 2023    
Ermənistan Xarici İşlər Nazirliyi mətbuatın sorğusuna cavab olaraq bildirib ki, Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi fəaliyyətə hazırdır. Ermənistan XİN iddia edib ki, Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması ilə bağlı Türkiyə tərəfdən daha müsbət siqnallar alacağını gözləyir.

İrəvan və Ankara razılaşma barədə ötən ilin iyulunda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin dördüncü görüşü keçirilən zaman məlumat verib. Həmin vaxt, əslində, ilk dəfə olaraq, görüşdə Ermənistan-Türkiyə birbaşa hava yüklərinin daşınması ilə bağlı konkret razılığın əldə olunması müzakirə olunub.

Bununla belə, hər iki razılaşma ilə bağlı praktiklik baxımından nəzərəçarpacaq irəliləyiş yoxdur. Bu, şübhəsiz ki, siyasi reallıqlarla, xüsusilə Ermənistan-Azərbaycan sülh danışıqları ilə bağlıdır. Türkiyə bu irəliləyişi Ermənistan-Azərbaycan sülh müqaviləsi prosesindəki irəliləyişlə əlaqələndirir və bunu Türkiyə-Azərbaycan birgə fəaliyyətinə uyğun təsəvvür edir. Dərinlik baxımından isə bu, Ermənistan üçün daha çox fürsətdir və İrəvan Türkiyə ilə hər hansı razılaşmanı daha çox onun xarici aktorların mərkəzləri ilə münasibətlərinin məntiqi və bu kontekstdə sövdələşmənin tabeçiliyi ilə qiymətləndirir.

Bu mənada İrəvan üçüncü tərəflə, müxtəlif güc mərkəzləri ilə maksimum sərfəli şərtlərlə ticarət etmək üçün Ankara ilə hər hansı razılaşma məsələsini bacardığı qədər uzaqdacaq, hər hansı razılaşmanın həyata keçirilməsini ən bahalı qiymətə təkcə Türkiyəyə deyil, ən azından Moskvaya, Vaşinqtona, Avropaya və İrana satmağa çalışacaq. Yuxarıda qeyd olunan kiçik fəaliyyətlərlə isə özünü konstruktiv tərəf kimi göstərməyə çalışacaq. Təbii ki, Türkiyənin real gözləntisi budur ki, Ermənistan tərəfi prosesə real töhfəsini versin, İrəvan Azərbaycanla danışıqlarda əldə edilmiş razılaşmaları yerinə yetirsin və Zəngəzur dəhlizi ideyasının həyata keçirilməsinə mane olmasın.

Lakin İrəvan Ermənistan-Türkiyə münasibətləri prosesi çərçivəsində mövcud tərəflərə dolayı, şərti və ya nisbi tarazlıq adı altında yeni “tərəf” formalaşdırmağa çalışır. Şübhəsiz ki, İrəvan Hindistan və ərəb dünyası ilə münasibətlərini bu məntiqdə nəzərdən keçirir. Bu faktlar isə İrəvanın heç də müsbət siqnal gözləmədiyinə və bunun üçün çalışmadığına işarə edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Ankara  


Bizi "telegram"da izləyin