Gürcü ekspert: “Görünür, Gürcüstan Aİ-yə üzvlükdə Ermənistandan daha az maraqlıdır”

2023/12/r3um9-1701882852.jpg
Oxunub: 394     20:40     06 Dekabr 2023    
“Görünür, Gürcüstan Aİ-yə üzvlükdə Ermənistandan daha az maraqlıdır”.

Ordu.az xəbər verir ki, bunu İrəvana “Yeni regional reallıqlar” və “Dünyanın kəsişmələri” mövzusunda keçirilən konfransda “Geocase” Gürcüstan analitik mərkəzinin rəhbəri Viktor Kipiani deyib.

Onun sözlərinə görə, bu cür hadisələr regionda vəziyyəti ciddi şəkildə dəyişəcək və Ermənistan dünyanın digər regionları ilə əlaqələr baxımından qonşu dövlətlərin mərkəzi rolunu yaxşılaşdıracaq.

Ekspert bildirib ki, Cənubi Qafqaz regionu qlobal proseslərdən müəyyən qədər qopub və bunu dəyişmək yolunda Paşinyanın “Sülh kəsişməsi” təşəbbüsü vacibdir.

Kipiani qeyd edib ki, Gürcüstan Ermənistan-Azərbaycan məsələlərində bərabər mövqe tutur və mütəmadi olaraq vasitəçi olmaq jestləri ilə çıxış edir.

“Ancaq mən hesab edirəm ki, Gürcüstanın buna qadir olub-olmaması mübahisəli məsələdir. Bununla belə, Gürcüstandan belə bir təşəbbüs olub”, - deyə politoloq vurğulayıb.

O, Rusiyanın rolunu nəzərdən qaçırmamağa çağırıb.

“Bu, heç kimin doldura bilməyəcəyi havasız bir boşluq yaradır. Gürcüstanla Rusiya arasında münasibətlər təbiətcə işləyir, lakin biz Qərblə əlaqələri inkişaf etdirməyi hədəfləyirik”, - deyə Kipiani əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan     Ermənistan  


Bizi "telegram"da izləyin