Cənubi Koreya-İsveç tərəfdaşlığı daha da gücləndirilir

2023/12/1701842086.jpg
Oxunub: 211     17:54     06 Dekabr 2023    
Silah və sursatların aşkarlanması sahəsində Cənubi Koreya-İsveç tərəfdaşlığı gücləndirilib.

Ordu.az xəbər verir ki, Şimali Koreya aralarındakı atəşkəsə son verdiyini elan etdikdən sonra Cənubi Koreya hərbi mövqeyini nəzərdən keçirir.

Seul xüsusilə özünü qorumaq üçün Şimali Koreyadan gələ biləcək raket və digər odlu silah təhlükəsinə qarşı silah aşkarlayan radarlar üzərində işlərə başlayıb.

Silah aşkarlama radarları eyni vaxtda birdən çox sursatı aşkarlayan, izləyən və qabaqcıl sistem və məlumatların işlənməsi alqoritmləri ilə çalışan hərbi radarlar kimi tanınır.

Cənubi Koreya İsveçin “Saab” şirkəti ilə silah aşkarlayan radarlar üzərində işləməyə başlayıb.

“Saab”ın son açıqlamasına görə, şirkət ilə Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı İdarəsi arasında yeni sifariş müqaviləsi imzalanıb.

Sifarişin dəyəri “Saab” tərəfindən 795 Milyon İsveç kronu olaraq ifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   İsveç  


Bizi "telegram"da izləyin