Bolqarıstan müdafiə xərclərini artırır

2023/12/1701842035.jpg
Oxunub: 213     16:53     06 Dekabr 2023    
Bolqarıstan ordusunu Pilotsuz Uçuş Aparatı (PUA) və zenit-raket sistemləri ilə təchiz edir.

Ordu.az xəbər verir ki, son zamanlar Ukraynaya BTR-60 göndərilməsi ilə gündəmə gələn Bolqarıstan Ukraynada istifadə edilən Bolqarıstan sursatlarına görə tez-tez Rusiya mətbuatının təzyiqinə məruz qalır.

Bu təzyiqə görə Bolqarıstan hökuməti ilə ölkə prezidenti arasında fikir ayrılıqları zaman-zaman sərt müzakirələrə səbəb olur.

Bundan əlavə, Rusiya inventarının əksəriyyəti Sovet mirası olan Bolqarıstana silah və ehtiyat hissələri embarqosu qoyur.

Bolqarıstanın müdafiə naziri Bolqarıstanın müdafiə naziri Todor Taqarev “b TV” telekanalındakı “Üz-üzə” adlı proqramda ordunun son durumu ilə bağlı məlumat verib və gələcək üçün atılacaq addımları paylaşıb.

Taqarev bildirib ki, Bolqarıstanın PUA və zenit-raket komplekslərinin alınması prosesi 2024-cü ildə başlayacaq.

“Müdafiəyə sərmayə qoymağa ehtiyac böyükdür. Son 35 il ərzində Bolqarıstan ordusu yeni silahlar almayıb. Əvvəlcə Hərbi Hava Qüvvələri üçün F-16-lar, sonra Hərbi Dəniz Qüvvələri üçün gəmilər, indi isə Quru Qoşunları üçün döyüş vasitələri gəldi”, - deyə Bolqarıstanın müdafiə naziri vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   MN   PUA  


Bizi "telegram"da izləyin