Sinqapurun SAMP/T sistemi “Tam Əməliyyat Tutumu”na çatıb

2023/12/1701841758.jpg
Oxunub: 233     16:16     06 Dekabr 2023    
Sinqapur inteqrasiya olunmuş Hava Hücumundan Müdafiə (HHM) şəbəkəsi layihəsində daha bir mühüm mərhələni geridə qoyub.

Ordu.az xəbər verir ki, noyabrın 29-da verdiyi açıqlamada Sinqapur Müdafiə Nazirliyi (MN) Sinqapur Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan “Aster 30 SAMP/T” yüksək hündürlükdə HHM sisteminin “Tam Əməliyyat Tutumu”na (FOC) çatdığını qeyd etmək üçün mərasim keçirildiyini açıqlayıb.

Sinqapur HHQ-nin Lim Çu Kanq Kamp II hərbi bazasında Hava Hücumundan Müdafiə və Əməliyyatlar Komandanlığında keçirilən mərasimdə Sinqapur müdafiə nazirinin müavini Henq Çee Ho və Baş Qərargah rəisi vitse-admiral Aaron Benq iştirak ediblər.

Sinqapur HHQ-nin 163-cü Eskadrilyasının idarə etdiyi SAMP/T sistemini incələyən müdafiə nazirinin müavini və Baş Qərargah rəisi eskadrilya şəxsi heyətindən “Aster 30” raket sisteminin imkanları barədə ətraflı məlumat alıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinqapur   SAMP/T  


Bizi "telegram"da izləyin