Rusiya dost və düşmən PUA-larını PAROL sistemi ilə fərqləndirəcək

2023/12/1701841682.jpg
Oxunub: 274     15:59     06 Dekabr 2023    
Ukrayna-Rusiya müharibəsi başlayandan etibarən hər iki tərəfdən müxtəlif tipli Pilotsuz Uçuş Aparatından (PUA) istifadə olunub.

Ordu.az xəbər verir ki, oxşar görünüşlü PUA-lar hər iki ordu tərəfindən istifadə edildiyindən PUA-ları ayırd edən sistemə ehtiyac yaranıb.

Bu ehtiyacla əlaqədar olaraq, “Rostec”in törəmə şirkəti olan “Ruselectronics” Rusiya PUA-larını şifrələmə yolu ilə işarələyən sistem hazırlayıb.

PAROL adlı şifrələmə ilə işləyən sistem 5 kilometrə qədər yüksəklikdə və 100 kilometrə qədər məsafədə Rusiya PUA-larını nişanlaya bilir.

Transponderin çəkisinin 150 qramdan az olduğu və enerji sərfiyyatının 100 mV olduğu bildirilir. Qeyd olunur ki, sistem “Ruselectronics”in “Pulsar” Araşdırma və Məhsul Təşəbbüsü bölməsi tərəfindən hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin