Hindistan təxminən 27,6 milyard dollar dəyərində avadanlıqların alınmasını təsdiqləyib

2023/12/Ekran-1701863355.jpg
Oxunub: 7523     15:46     06 Dekabr 2023    
Hindistan Müdafiə Nazirliyi yanında Hindistan Müdafiə Satınalma Şurası (DAC) müdafiə naziri Rakşa Mantrinin sədrliyi ilə toplanıb və təxminən 27,6 milyard dollar dəyərində avadanlıqların alınmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 97 ədəd əlavə “Tejas Mk.1A” təyyarəsi, 156 ədəd “Prachand” hücum helikopterinin alınması, “Su-30MKI” qırıcılarının modernləşdirilməsi və müxtəlif kiçik miqyaslı satınalma fəaliyyətlərini də əhatə edən, 27,6 milyard dollar dəyəri olan bir sıra layihələr təsdiqlənib.

Qeyd olunub ki, satınalmaların 98%-i Hindistanın müdafiə sənayesi tərəfindən qarşılanacaq və bu, Hindistanın müdafiə sənayesinə özünü təmin etmək məqsədinə çatmaqda, xarici istehsalçılardan asılılığı azaltmaqda əhəmiyyətli dəstək verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   MN   “TejasMk.1A  


Bizi "telegram"da izləyin