Qərbi Azərbaycan Xronikası: Qucaqdan-qucağa gəzməyə öyrəşən ermənilər

2023/12/42438-1701803263.jpg
Oxunub: 228     22:57     05 Dekabr 2023    
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rusiya cəhənnəmlik olsun, bu ölkə haqqında heç nə eşitmək istəmirik” adlı süjet efirə gedib.

Ordu.az xəbər verir ki, verilişdə bir neçə gündür Ermənistanın yük maşınlarının Şimali Osetiya ilə Gürcüstan arasında sərhəd-buraxılış məntəqəsi olan “Lars”da saxlanması, məntəqədə qalan məhsullarla dolu yük maşınların geri Ermənistana qayıtması, bununla bağlı erməni jurnalistlərin hazırladığı reportajda son vaxtlar rəsmi İrəvanın Rusiyaya üz çevirməsi ilə bağlı fikirlərə yer verilir.

Erməni sürücülər bildiriblər ki, insanlar mallarını Ermənistandan aparır, amma rusiyalılar məhsulları geri qaytarırlar:

“Bu, siyasi oyundur, ruslar sadəcə olaraq ermənilərdən qisas almaq istəyirlər. Ermənistan hökuməti Rusiya ilə münasibətləri korlayıb. Neçə gündür məhsullarla dolu maşınlar “Lars” keçid məntəqəsində dayanır. Bütün mallar xarab olub. Bütün bunları Rusiya qəsdən edir. Bununla onlar Ermənistanı diz çökdürmək istəyirlər. Onlar bizə başa salmaq istəyirlər ki, bizim müstəqil qərar vermək haqqımız yoxdur. Onlar özləri sanksiyalar altındadırlar, ona görə bizə də sanksiyalar tətbiq etmək istəyirlər. Tezliklə bu insanlar, sürücülər acından, soyuqdan öləcəklər. Ermənistanın özünə aid heç nəyi yoxdur. Qaz, elektrik enerjisi və çox şey Rusiyaya məxsusdur. Biz dözməliyik başqa çıxış yolumuz yoxdur”.

Onların sözlərinə görə, “Lars” Ermənistan iqtisadiyyatının inkişafına mane olan amildir:

“Nikol Paşinyanın qərbyönlü siyasəti və ardıcıl olaraq Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilarının (KTMT) tədbirlərinə qatılmaması rəsmi Moskva ilə münasibətləri gərginləşdirib. Rusiyanın sərhəd-buraxılış məntəqəsində əngəl yaratması və kənd təsərrüfatı məhsulların yoxlama zamanı çıxdaş olunması siyasi qərardır.

Verilişdə Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocyanın, parlamentin müxalif “Hayastan” fraksiyasından olan deputatı Artur Xaçatryanın Rusiyanın yük maşınlarını Ermənistana geri qaytarması məsələsi ilə bağlı rəylərinə yer verilib.

Materialın sonunda vurğulanıb ki, qucaqdan qucağa gəzməyə öyrənən ermənilər növbəti dəfə Rusiyaya arxa çevirib, Qərbə qucaq açırlar:

“KTMT-nin yardım etməməsi bəhanədir. Elə Qərbin düzəltdiyi doqquz min kvadrat kilometrlik “Ararat Respublikası”nın ərazisini 29 min kvadrat kilometrə çatdıran, Qərbi azərbaycanlıların öz tarixi Vətənindən qovulmasını bir neçə dəfə təşkil edən, ona havadarlıq edən Rusiya olub. İndi Rusiyanın sanksiyalarla üzləşdiyini görən ermənilər bəhanə tapıb, məşuqunu dəyişmək yolunu tutublar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 5-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Azərbaycan-Xronikası  


Bizi "telegram"da izləyin