Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib

2023/10/1696831864.jpg
Oxunub: 209     22:22     05 Dekabr 2023    
Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 16 min nəfəri keçib.

Ordu.az xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hazırda ölənlərin sayı 16 248 nəfər təşkil edir, onlar arasında 7 112 uşaq və 4 885 qadın var. Eyni zamanda 42 mindən çox insan müxtəlif xəsarətlər alıb.

İtkin düşənlərin sayı 7 600-ə çatıb.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin