Ceyhun Bayramov: "İranın XİN başçısı ilə Azərbaycan-İran kontekstində ətraflı müzakirələrimiz oldu"

2023/05/1683358733.jpg
Oxunub: 195     22:04     05 Dekabr 2023    
İran xarici işlər naziri ilə Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Moskvada keçirdiyi ikitərəfli görüşlərdən danışan Azərbaycanın XİN başçısı beynəlxalq geniş formatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlərin də keçirildiyini xatırladıb.

"Biz gün ərzində səhər saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirdik. İndi isə bir qədər əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abddulahianla Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu", deyə Ceyhun Bayramov vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Azərbaycan   İran  


Bizi "telegram"da izləyin