Xəzəryanı ölkələrin XİN başçıları birgə bəyanat qəbul edib

2023/12/656f4-1701793784.jpg
Oxunub: 2126     19:57     05 Dekabr 2023    
Beş Xəzəryanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) xarici işlər nazirləri Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında dərc olunan Xəzər “beşliyi”nin xarici işlər nazirlərinin toplantısının yekunlarına dair birgə bəyanatında bildirilib.

“Nazirlər beştərəfli saziş layihələrinin təsdiqini başa çatdırmaq üçün danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyini qeyd edirlər: Xəzər dənizində hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimadın möhkəmləndirilməsi tədbirləri haqqında”, deyə bəyanatda qeyd olunub.

Bəyanatda tərəflər həmçinin, Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin monitorinqi, qiymətləndirilməsi və məlumat mübadiləsi haqqında Tehran Konvensiyasının protokol layihəsi üzərində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xəzəryanı-ölkələr   Bəyanat  


Bizi "telegram"da izləyin