“Past”: Avropa “sülh kəsişməsi” ilə bağlı Paşinyana inanmır

2023/12/timth-1701762217.jpg
Oxunub: 5294     17:48     05 Dekabr 2023    
Son vaxtlar Ermənistanın xarici siyasi prosesləri baxımından kifayət qədər maraqlı vəziyyət hökm sürür.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, Nikol Paşinyanın arqumentlərinə və kollektiv Qərbə “sədaqət andı”na baxmayaraq, Avropa ona faktiki olaraq aydın şəkildə bildirib ki, onun daimi olaraq tez-tez tirajladığı “sülh kəsişməsi” o qədər də ciddi qəbul edilmir.

“Üstəlik, Avropa dairələrində ciddi şübhələr var ki, bütün bunlar Rusiya Federasiyasına qarşı deyil, əksinə, gedən yenidənqurma Rusiyaya Cənubi Qafqaz regionunda daha da fəallaşmaq imkanı verəcək. Bu mövzu Ermənistan hakimiyyətini ciddi narahat edir və onlar öz sədaqətlərini bir daha təsdiqləmək və nəhayət, mövcud şübhələri aradan qaldırmaq üçün müvafiq mərkəzlərə nümayəndə göndərməyə çalışıblar. Mənbəmiz bildirir ki, ötən həftə Ermənistandan iki qeyri-dövlət nümayəndə heyəti yerindəcə bir sıra görüşlər keçirmək üçün Vaşinqtona və Avropanın bir neçə paytaxtına eyni vaxtda gedib. Məlumata görə, nümayəndə heyətlərinin tərkibində hakimiyyətə xidmət edən “ekspert” icmasının nümayəndələri və Paşinyanla sıx əməkdaşlıq edən qərbyönlü siyasi qüvvələrin liderləri var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin