“Saab” Cənubi Koreya ilə 76 milyon dollarlıq dəstək müqaviləsi imzalayıb

2023/12/2023--1701761672.jpg
Oxunub: 6337     16:16     05 Dekabr 2023    
İsveçdə yerləşən müdafiə və aviasiya şirkəti “Saab” Cənubi Koreyanın Müdafiə Təchizat Proqramı İdarəsi ilə “Arthur” silah aşkarlama sistemləri üçün dəstək və ehtiyat hissələrinin tədarükü ilə bağlı müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Saab”ın açıqlamasında imzalanan müqavilənin 2023-2028-ci illəri əhatə etdiyi və 795 milyon İsveç kronu (təxminən 76 milyon dollar) dəyərində olduğu bildirilib.

“Saab” ehtiyat hissələrinin tədarükü və dəstəyi üçün İsveçin Göteborq şəhərindəki komanda ilə əməkdaşlıq edərək, Cənubi Koreyadakı yerli dəstək qrupu ilə işləyəcək.

“Arthur” gələn atəşi aşkar etmək və xəbərdar etmək üçün istifadə edilən bir silah aşkarlama radar sistemi olaraq təsvir edilir.

Təxminən 20 min işçisi olan “Saab” şirkəti aviasiya, silah, komanda və idarəetmə, sensorlar və sualtı sistemlər sahələrində qabaqcıl sistemlərin layihələndirilməsi, istehsalı və saxlanması ilə məşğuldur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saab   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin