ASELSAN ilə Türkiyə MSK arasında radioelektron döyüş sistemləri üçün müqavilə imzalanıb

2023/12/2023--1701756178.jpg
Oxunub: 7683     19:01     05 Dekabr 2023    
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) arasında Pilotsuz Uçuş Aparatlarında (PUA) istifadə üçün radioelektron döyüş sistemlərinin inkişaf etdirilməsi, istehsalı və inteqrasiyası üçün 556 milyon 743 min lirə və 30 milyon 262 min dollar dəyərində müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin “X” hesabında edilən paylaşımda bildirilib.

Qeyd olunur ki, sözügedən müqavilə çərçivəsində tədarüklər 2025-2029-cu illər arasında həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə   MSK  


Bizi "telegram"da izləyin