Qərbi Azərbaycan İcmasında TBMM-in üzvü Şamil Ayrımla görüş təşkil edilib - FOTOLAR

2023/12/87784-1701722963.jpg
Oxunub: 221     23:20     04 Dekabr 2023    
Xəbər verildiyi kimi, dekabrın 5-də keçiriləcək Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında (QAİ) görüşlər baş tutub.

Qərbi Azərbaycan İcmasından Ordu.az-a bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və QAİ-nin Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ilə bir araya gəlib. Qardaş ölkənin nümayəndəsinə Türkiyənin hər zaman göstərdiyi mənəvi dəstək üçün təşəkkür edilib. Şamil Ayrım öz növbəsində Qərbi Azərbaycan həqiqətlərinin dekabrın 5-də baş tutacaq konfransda dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasının yaxşı imkan olduğunu bildirib.

Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qərbi-Azərbaycan-İcması  


Bizi "telegram"da izləyin