Ukrayna Aİ ilə təhlükəsizlik zəmanətlərinə dair məsləhətləşmələrə başlayıb

2023/12/77878-1701722518.jpg
Oxunub: 7156     23:51     04 Dekabr 2023    
Ukrayna və Avropa İttifaqı kollektiv təhlükəsizlik zəmanətləri üzrə məsləhətləşmələrin birinci raundunu keçirib. Tədbirdə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini İqor Jovkva və Aİ diplomatiyası rəhbərinin müavini Çarlz Frise iştirak ediblər.

Ordu.az-ın məlumatına görə, bu barədə RBC-Ukrayna hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Məsləhətləşmələr zamanı iştirakçılar təhlükəsizlik və müdafiə sahələrinə diqqət yetirməklə, Aİ-nin gələcək təhlükəsizlik zəmanətlərinə yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna    


Bizi "telegram"da izləyin