Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək

2022/04/4df5g-1649431268.jpg
Oxunub: 6021     23:08     04 Dekabr 2023    
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.

Ordu.az Rusiya XİN-dəki mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 5-də səhər saatlarında keçiriləcək.

Qeyd edək ki, dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan xarici siyasət idarələrinin rəhbərləri ilk olaraq məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətləri ilə birlikdə geniş tərkibdə görüşəcəklər.

Artıq Azərbaycan XİN başçısı Ceyhun Bayramov Rusiya paytaxtındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin