Putin: "Moskva Türkmənistanın neytrallığına hörmət edir"

2023/04/0582c-1682604270.jpg
Oxunub: 4827     20:56     04 Dekabr 2023    
Moskva Aşqabadın daimi neytrallıq siyasətinə hörmət edir və ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin Rusiyadakı yeni səfirlərinin etimadnamələrinin qəbulu mərasimində deyib.

“Rusiya Türkmənistanın daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır və biz “Xəzər beşliyi” və “Mərkəzi Asiya + Rusiya” formatı çərçivəsində çoxtərəfli platformalarda, ilk növbədə MDB məkanında səmərəli qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırıq”, - deyə Rusiya lideri vurğulayıb.

Putin İsveçlə bağlı danışarkən Moskva olə Stokhoım arasında siyasi, ticarət, iqtisadi və mədəni əlaqələrin dayandırılmasından təəssüfləndiyini söyləyib: "Təəssüf hissi ilə qeyd etməliyik ki, Baltikyanı qonşumuz İsveç Krallığı ilə münasibətlərdə tamamilə siyasi təmaslar yoxdur, ticarət-iqtisadi, mədəni və humanitar əlaqələr kəsilib. Hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün öz yollarını müəyyənləşdirir. Lakin Stokholmun iki yüz illik hərbi bloklarda iştirak etməmək siyasəti yürütməkdən imtina etməsi suallar yaratmaya bilməz. Bu, hər kəsə aydındır ki, İsveç tərəfinə danılmaz dividendlər gətirdi və Şimali Avropa regionunda ümumi təhlükəsizlik və sabitlik atmosferinin yaradılmasında mühüm rol oynadı", - deyə Rusiya prezidenti əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Türkmənistan  


Bizi "telegram"da izləyin