Zakir Həsənov Misirdə müasir silah və döyüş texnikası nümunələrini izləyib - FOTOLAR

2023/12/0d476-1701702505.jpg
Oxunub: 517     18:32     04 Dekabr 2023    
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.

Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının "Leonardo" şirkətinin, eləcə də Misirin "ARMADA" və "AOI" şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.

Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zakir-Həsənov   Misir  


Bizi "telegram"da izləyin