Şərurda “Şəhidlər məscidi” inşa olunur

2023/12/Ekran-1701702033.jpg
Oxunub: 290     17:51     04 Dekabr 2023    
Naxçıvanın Şərur rayonunun Ələkli kənd sakinlərinin təşəbbüsü ilə yeni məscid inşa olunur.

Ordu.az xəbər verir ki, kənd sakinlərinin təşəbbüsü ilə tikilən yeni ibadət ocağına vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə “Şəhidlər məscidi” adı verilib.

Kəndin mərkəzində inşa olunan məscid 100-dən artıq sakinin ibadət etməsi üçün nəzərdə tutulub. Bir günbəzdən və bir minarədən ibarət məscidin ətrafında şəhidlər parkı da yaradılacaq, yaşıllıqlar salınacaq.

Ümumi sahəsi 170 kvadratmetr olan məscid hazır olduqdan sonra kişilər üçün 100, qadınlar üçün isə 50 nəfərlik zallar istifadəyə veriləcək.

İbadət ocağının inşasına kəndin Naxçıvandan kənarda yaşayan sakinləri də dəstək göstərirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərur   Şəhidlər-məscidi  


Bizi "telegram"da izləyin