Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qanun layihəsi dəstəklənməyib

2023/12/1701697395.jpg
Oxunub: 380     17:28     04 Dekabr 2023    
Ermənistan parlamentinin dövlət quruculuğu və hüquq komissiyası Ermənistanın Qarabağdan imtinasını kriminallaşdıran qanun layihəsini geri çevirib.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət tərəfindən irəli sürülən qanun layihəsi Qarabağın öz müqəddəratını təyin etməsi hüququndan imtinaya görə Cinayət Məcəlləsində dəyişiklik nəzərdə tuturdu.

Komissiyanın üç üzvü qanun layihəsinin lehinə, səkkizi isə əleyhinə səs verib.

Qərarı dəstəkləməyənlər hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri olub.

Hökumətyönlü deputatlar “Ayakve” təşəbbüsünün Azərbaycanla sülh danışıqlarına ciddi əngəl törədəcəyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qanun-layihəsi  


Bizi "telegram"da izləyin