Çin İsrail və HAMAS arasında döyüşlərin bərpasından narahatdır

2023/12/656dd-1701697240.jpg
Oxunub: 237     17:19     04 Dekabr 2023    
Çin Qəzzada İsrail və HAMAS arasında döyüşlərin bərpasından narahat olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

"Çin Qəzzada ölümcül döyüşlərin yenidən başlamasından dərin narahatlıq keçirir. Biz atəşkəs əldə etmək məqsədinə və mülki əhalinin müdafiəsi prinsipinə sadiq qalmalıyıq.

Daha çox mülki itki daha çox nifrətə gətirib çıxaracaq və eskalasiyanın növbəti mərhələsini sürətləndirəcək", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İsrail   HAMAS  


Bizi "telegram"da izləyin