BQXK Prezidenti Qəzzaya gedib

2023/12/87787-1701695311.jpg
Oxunub: 235     17:02     04 Dekabr 2023    
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Prezidenti Mirjana Spoljaric Qəzzaya gedib.

Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Prezident Spoljaric Qəzzada mülki əhalinin qorunmasına, müharibə qanunlarına hörmət etməyə və girovların dərhal azad edilməsinə çağırış edəcək. BQXK Prezidentinin yaxın həftələrdə İsrailə səfər edəcəyi də qeyd olunub.

Qəzzada Prezident Spoljaric BQXK-nın yerli komandası ilə ilə görüşəcək və Avropa Xəstəxanasına baş çəkəcək.

BQXK Prezidenti "X" hesabında artıq Qəzzaya çatdığını bildirib.

"İnsanların əzablarının dözülməz olduğu Qəzzaya gəldim. Mülki əhalinin müharibə qanunlarına uyğun olaraq müdafiə olunması və yardımın maneəsiz daxil olması üçün təcili çağırışımızı təkrar edirəm", - o paylaşımında qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK   Qəzza  


Bizi "telegram"da izləyin