Ermənistanda insanlara sərbəst şəkildə silah gəzdirməyə icazə veriləcək

2023/12/69b2c-1701694685.jpg
Oxunub: 286     16:42     04 Dekabr 2023    
Ermənistanda insanlara sərbəst şəkildə silah gəzdirməyə icazə veriləcək.

Ordu.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasının deputatı Vilen Qabrielyan bildirib.

O qeyd edib ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsi bununla bağlı müvafiq qərar qəbul edib.

Deputat bildirib ki, məqsəd korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasıdır.

“Əqli sağlamlığı yerində olan insanlar müvafiq lisenziyaya sahib olduqdan sonra odlu silah gəzdirə biləcəklər”, - V. Qabrielyan söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah  


Bizi "telegram"da izləyin