Prezident İlham Əliyevin təbriki Laos liderinə çatdırılıb

2023/12/1701416772.jpg
Oxunub: 7042     16:13     04 Dekabr 2023    
Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə Prezident İlham Əliyevin təbrikini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulithə çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb.

“Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının prezidenti Thongloun Sisoulithə milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırmaqdan şərəf duydum”,-o bildirib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Laos  


Bizi "telegram"da izləyin