Qəzzanı tərk etmək icazəsi olan şəxslərin siyahısı məlum olub

2023/11/1701148379.jpg
Oxunub: 257     16:26     04 Dekabr 2023    
Dekabrın 4-də 500-dən çox fələstinli, əcnəbi vətəndaş və ikili vətəndaşlığa malik şəxsin Qəzza zolağını tərk etməsinə icazə verilib.

Ordu.az xəbər verir ki, müvafiq siyahı Fələstinin sərhəd xidmətinin "Facebook" hesabında dərc olunub.

Siyahıda Avstriya, Bosniya və Herseqovina, Böyük Britaniya, Moldova, Niderland, Portuqaliya, Rumıniya, Serbiya, ABŞ və Türkiyə vətəndaşları yer alıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Qeyd edək ki, noyabrın 24-də İsraillə HƏMAS arasında girovların qarşılıqlı azad edilməsi müqabilində müvəqqəti atəşkəs elan olunub. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin