Malayziyanın yeni səfiri: "Azərbaycan Prezidenti çox xarizmatik və uzaqgörən Liderdir"

2023/12/809dc-1701691823.jpg
Oxunub: 4953     15:43     04 Dekabr 2023    
"Azərbaycan Prezidenti İlham Əliyev çox xarizmatik və uzaqgörən Liderdir".

Ordu.az-ın xəbərinə görə, bunu Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza dekabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən zaman deyib.

Diplomat bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox xarizmatik və uzaqgörən bir Lider olduğunu vurğulayıb.

Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini əsirgəməcəyini bildirib.

Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olundu, birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə toxunulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Azərbaycan  


Bizi "telegram"da izləyin