Ukrayna “Neptun” kompleksi üçün raketin yeni modifikasiyası üzərində işləyir - VİDEO

2023/12/45455-1701689418.jpg
Oxunub: 2802     15:12     04 Dekabr 2023    
Ukrayna “Neptun” kompleksi üçün raketin yeni modifikasiyası üzərində işləyir.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini, general-leytenant İvan Qavrilyuk bildirib.

Qavrilyukun sözlərinə görə, “Neptun” raketinin yeni versiyasının yaradılması üzərində iş davam edir.

Yerli “Defense Express” hərbi xəbər portalının fikrincə, güman etmək olar ki, söhbət “R-360” raketinin “Neptun” kompleksinə uyğunlaşdırılmasından gedir. Bununla da yerüstü hədəflərin məhv edilməsi nəzərdə tutulur.

Yeni raketin ehtimal olunan uçuş məsafəsi 400 kilometrə və döyüş başlığının çəkisi 350 kiloqrama çata bilər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Neptun  


Bizi "telegram"da izləyin