Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub

2023/12/1221-1701686710.jpg
Oxunub: 338     14:40     04 Dekabr 2023    
Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında yazıb.

O, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadski Ukraynada həlak olduğunu bildirib.

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub... 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına komandirlik edib.”, o yazıb.

Qusev Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin əlavə edib ki, zabit öz borcuna sadiq olub və sona qədər vuruşub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin