BMT Somaliyə silah embarqosunu ləğv edib

2023/12/2023--1701680814.jpg
Oxunub: 257     17:17     04 Dekabr 2023    
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Somaliyə silah embarqosunun ləğvini təsdiqləyib.

Ordu.az xəbər verir ki, BMT vətəndaş müharibəsinin getdiyi ölkəyə silah axınını dayandırmaq üçün 1992-ci ildə Somaliyə silah embarqosu qoyub.

Embarqonun ləğvi ilə bağlı qərar layihələri Böyük Britaniya tərəfindən hazırlanıb.

Fransa səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının 14 üzvü lehinə səs verib.

Qərara əsasən, Moqadişo administrasiyası silah embarqosundan azad ediləcək və “Əl-Şəbab”ın silah əldə etməsinin qarşısını almaq üçün addımlar atılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Somali  


Bizi "telegram"da izləyin