Türkiyənin müdafiə və aviasiya ixracatı 5 milyard dollara yaxınlaşdı

2023/12/2023--1701680678.jpg
Oxunub: 258     17:03     04 Dekabr 2023    
Türkiyənin müdafiə və aviasiya sənaye sektoru noyabr ayında 484 milyon 907 min dollarlıq ixracat həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi bildirib.

Qeyd olunub ki, 2023-cü ilin ilk on bir ayında sektorun ümumi müdafiə və aviasiya ixracatı 4,8 milyard dolları keçib. Ötən illə müqayisədə sektor 30 faiz artım yaşayıb.

Bununla da Türkiyənin müdafiə və aviasiya sənayesi bir daha ili tamamlamadan ixrac rekordu qırıb.

Son 12 ayda sektorun ixracat rəqəmi 5,5 milyard dollara çatıb. Sektorun bu il üçün ixrac hədəfi 6 milyard dollar olaraq açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə   Aviasiya  


Bizi "telegram"da izləyin