FNSS Almaniyada “MILENG COE Industry Day” tədbirində iştirak edəcək

2023/12/2023--1701679906.jpg
Oxunub: 201     16:33     04 Dekabr 2023    
FNSS 5-7 dekabr tarixləri arasında Almaniyanın İnqolstad şəhərində keçiriləcək Hərbi Mühəndislik Mükəmməllik Mərkəzi Sənaye Günü (MILENG COE Industry Day) tədbirində iştirak edəcək.

Ordu.az xəbər verir ki, FNSS 2-ci qapalı sahədə 28 saylı stenddə qonaqlarını qəbul edəcək və sərgi çərçivəsində müxtəlif görüşlər keçirəcək.

Bütün hərbi və müdafiə sənayesi üçün ən mühüm tədbirlərdən biri olan “MILENG COE Industry Day” hər il dünyanın hər yerindən sənaye peşəkarlarını bir araya gətirir.

Tədbir NATO orqanlarından və ölkələrindən olan hərbi mövzular üzrə ekspertlərin şirkətlər və bizneslərlə görüşmək, hərbi mühəndislik ixtisasları daxilində qabiliyyət, məhsul və xidmətləri inkişaf etdirmək üçün təcrübə və bilikləri bölüşmək imkanı əldə etdiyi unikal platforma təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Almaniya   MILENG-COE-Industry-Day  


Bizi "telegram"da izləyin