Jandarma Vasitəyə Quraşdırılmış Milli Lazer Sistemi Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub

2023/12/2023--1701679626.jpg
Oxunub: 6990     15:30     04 Dekabr 2023    
“TÜBİTAK Bilgem” tərəfindən istehsal edilən və “Kirpi 1” hərbi vasitəsinə inteqrasiya edilən Jandarma Vasitəyə Quraşdırılmış Milli Lazer Sistemi JARMOL Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub.

Ordu.az xəbər verir ki, “Kirpi 1” hərbi vasitəsinə inteqrasiya edilmiş 5 kVt gücündə “Single Mode” (SM) Lazer Sistemi JARMOL bu texnologiya ilə bir neçə ölkə tərəfindən hazırlanmış sistemlər arasında performans və ölçü baxımından ən qabaqcıl olan unikal lazer müdafiə sistemidir.

Sistem sınaqlarda, xüsusilə əməliyyat bölgələrində hərbi birliklər üçün mühüm təhlükəyə çevrilən Pilotsuz Uçuş Aparatlarının (PUA) lazer atəşi ilə vurularaq zərərsizləşdirilməsində müvəffəqiyyət qazanıb.

Türkiyənin Jandarma Baş Komandanlığının “X” hesabından edilən paylaşımda bildirilib: “Hər zaman ən son texnologiya ilə istehsal edilən vasitə və materialları inventarına əlavə edən Jandarma Baş Komandanlığımız Strategiya və Xarici Əlaqələr Komitəsinin koordinasiyasında Türkiyə Əsrində JARMOL (Jandarma Vasitəyə Quraşdırılmış Milli Lazer Sistemi) ilə gücünə güc qatmağa davam edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜBİTAK-Bilgem   Milli-Lazer-Sistemi  


Bizi "telegram"da izləyin